Ötən gecə Rusiyanın bir sıra regionları üzərində iki “Toçka-U” operativ-taktiki raketi və altı pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Belqorod vilayətinin ərazisində iki operativ taktiki raket, Bryansk vilayətində üç PUA, Lipetsk vilayətində iki PUA, Volqoqrad vilayətində bir PUA zərərsizləşdirilib”, - məlumatda qeyd edilib.
Volqoqrad quberniyasının mətbuat xidməti bildirib ki, PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. “Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar – yanğın söndürülüb. İtki yoxdur”, – deyə şəhər administrasiyasının Teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib.
Xatırladaq ki, ötən gecə Ukraynanın Belqoroda hücumu nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb, 85 çoxmənzilli yaşayış binasında 300-dən çox mənzilə, 4 fərdi yaşayış evinə, 14 ticarət obyektinə ziyan dəyib.