İrəvanda hakimiyyət əleyhinə növbəti izdihamlı aksiya - KEŞİŞ QALSTANYAN DUA ETDİ
YENİLƏNİB, VİDEO/FOTO

Arxiyepiskop Baqrat Qalstanyan İrəvanın mərkəzində mitinq keçirir, meydana çoxlu sayda insan toplaşıb.

 

Senzor.az Ermənistan KİV-i xəbər verir ki, Qalstanyan çıxışına başlamazdan əvvəl dua oxuyub. 


**17:29


Bu gün Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə növbəti etiraz aksiyası keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan saat 18:30-da “olduqca vacib mitinqin keçiriləcəyini, aksiya zamanı bir çox vacib mesajların olacağını” deyib və bütün erməniləri aksiyaya dəvət edib.

 

Qeyd edək ki, etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər. 

 

Qeyd edək ki, dünən Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyası keçirib. Küçələrə çıxan əhali əsas yolları bağlayıb. Nəticədə paytaxtda yerləşən “Qələbə” körpüsü, “Azatutyan” prospekti, eləcə də Tbilisi şosesində hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələndiyindən o, tələbinə məhəl qoymayan etirazçıları saxlamağa məcbur olub - 41 nəfər saxlanılıb.

 

Eçmiədzində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.

 

Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar...

 

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Etirazlar da məhz ondan sonra başlayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.