Bu gün səhər İrəvanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.
Bu barədə “Sputnik-Armeniya” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılan 156 vətəndaş sərbəst buraxılıb.
**10:58
Ermənistanın paytaxtı İrəvanda 134-dən artıq etirazçı polis bölmələrinə aparılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin vətəndaşlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.
**09:56
Səhər saatlarından etibarən müxalifət tərəfdarları “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlamağa başlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, insanlar küçələri skamyalar və zibil qutuları ilə bağlayır. Aksiyaların keçirildiyi yerə polislər gəlir, saxlanılanlar var.
Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq N.Paşinyana qarşı etiraz aksiyaları keçirilir.