Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Bakı ilə İrəvan arasında sülh prosesində son irəliləyişi yüksək qiymətləndirir.
Bu barədə ATƏT-in hazırkı sədri Yan Borq “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“ATƏT Ermənistan və Azərbaycan arasında sülh prosesində son irəliləyişi bir daha yüksək qiymətləndirir və təşkilatın dayanıqlı sülh sazişinə nail olmaq üçün hər iki ölkənin zəruri hesab etdiyi istənilən dəstəyi göstərməyə tam hazır olduğunu bəyan edir”, - paylaşımda qeyd olunub.