Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 13-də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Caludla görüşüb.


Nazirlər Kabinetindən Senzor.az-a verilən xəbərə görə, görüşdə Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.


İdmançıların yüksək dövlət qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilib. Qeyd edilib ki, bütün bunlar idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə uğur qazanmalarına zəmin yaradıb.


Azərbaycanda digər idman növləri ilə yanaşı ağırlıqqaldırmanın inkişafına və kütləviləşməsinə dövlət tərəfindən böyük diqqət yetirildiyi vurğulanıb.


Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.