Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın erməni kilsəsindən vergi alınması ilə bağlı fikirlərinə münasibət bildirib.
APA xəbər verir ki, Zaxarova bununla bağlı öz Telegram səhifəsində paylaşım edib.
O, Simonyanın çıxışını Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Rus Pravoslav Kilsəsinə tabe olan Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması barədəki təklifi ilə müqayisə edib.
“Niyə qərblilər tərəfindən bəslənməyə başlayanlar sözün əsl mənasında şeytanlaşırlar?”, - Zaxarova bildirib.