Futbol üzrə Azərbaycan Premyer Liqasının son 36-cı turunun həlledici “Neftçi” – “Sabah” matçının sonlarına yaxın meydanda dava düşüb.
Senzor.az bildirir ki, sözün əsl mənasında yumruq davası "Sabah"ın 86-cı dəqiqədə matçda hesabı açmasından sonra başlayıb.
Nəticədə matçın baş hakimi Əliyar Ağayev “Sabah”ın iki və “Neftçi”nin bir futbolçusunu meydandan kənarlaşdırıb.
"Sabah"ın vurduğu qol həm matçda, həm də avrokuboklara vəsiqə uğrunda mübarizədə həlledici olub. Belə ki, 3-cü yeri tutan “Sabah” 4-cü yeri tutan “Sumqayıt”la birlikdə Konfrans Liqasında çıxış edəcək.
Ətraflı video-süjetlərdə: