HƏMAS İsraillə danışıqlardan imtina etdi

Fələstinin HƏMAS hərəkatının nümayəndəsi bildirib ki, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları davam etdirənədək girovlarla bağlı danışıqlara qayıtmayacaq.

 

Bu barədə "Axios" portalı məlumat yayıb.

 

"HƏMAS sözçüsü nikbinliyi dağıdıb və İsrail Qəzza zolağında müharibəni davam etdirərkən hərəkatın girov müqaviləsi ilə bağlı danışıqları davam etdirməyəcəyini söyləyib", - agentlik bildirib.

 

"Reuters" isə xəbər verib ki, HƏMAS-la Qəzza zolağında saxlanılan israilli girovlarının azad edilməsi ilə bağlı danışıqlar gələn həftə başlamalıdır. Bu barədə qərar İsrailin "Mossad" kəşfiyyatının rəhbəri David Barneanın ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Cassim Al Tani ilə görüşündən sonra qəbul edilib.

 

İsrailin Hərbi Kabineti 2023-cü ilin oktyabrında HƏMAS hərəkatı tərəfindən girov götürülənlərin İsrail həbsxanalarındakı fələstinli məhbuslara dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı tapşırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.