İrəvanda Paşinyan əleyhdarlarının aksiyaları davam edir – 284 NƏFƏR SAXLANILIB
YENİLƏNİB, VİDEO

İndiyədək İrəvandakı etiraz aksiyasında saxlanılanların sayı 284 nəfərə çatıb.

 

Bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, onların 273 nəfəri cərimə olunaraq azadlığa buraxılıb.

 

Hazırda 11 nəfərin işinə məhkəmədə inzibati qaydada baxılır. 

 

Ermənistanın Daxili İşlər Nazirliyi paytaxt küçələrində nəqliyyatın hərəkətinin bərpa edildiyini açıqlayıb.

 

**11:59


İrəvanda saxlanılan etirazçıların sayı 240 nəfərə çatıb.


“Armenia Today” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.


Qeyd edilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə saxlanılıblar.


**10:58


Ermənistan polisi artıq 196 etirazçını saxlayıb.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, onlar Ermənistan İnzibati Məcəlləsinin 182-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsi ilə polis bölməsinə aparılıblar.

 

** 09:42


Bu gün səhər arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıblar. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə onlar İrəvanda dövlətlərarası, regionlararası əhəmiyyətə malik olan magistral yolları və küçələri bağlayıblar. Bir müddət sonra polis Ermənistan paytaxtında etirazçıları saxlamağa başlayıb.


İrəvanda hələlik 67 etirazçının saxlanıldığı bildirilir.


Senzor.az



 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.