Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində mayın 27-də Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.
Bu barədə Senzor.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.
Serbiyalı nümayəndələr öz növbələrində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən işlərdən danışıblar.
Sonda təqdim olunan brifinqlər ətrafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.