"Vətən naminə Tavuş" hərəkatının üzvləri Sərdarapatdakı Memorial Kompleksdə çadır qurublar.
Senzor.az yerli KİV-ə istinadən xatırladır ki, bundan əvvəl hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan mayın 28-də Birinci Respublika Gününü qeyd etmək üçün orada gecələməyi planlaşdırdıqlarını açıqlamışdı.
Fəallardan biri bildirib ki, müxalifət hərəkatının tərəfdarları ərazidə təkcə çadırlarla deyil, həm də park edilmiş maşınlarla barrikada qurublar. Bununla onlar faktiki olaraq hökumət rəsmilərinin yolunu kəsiblər.
Qeyd edək ki, sabah baş nazirin başçılıq etdiyi yüksək vəzifəli erməni məmurlar təntənəli tədbirlərdə iştirak etmək üçün Sardarapata gəlməlidirlər.
Senzor.az