Gürcüstan parlamenti Prezidentin "Xarici agentlər" haqqında qanuna vetosunu ləğv etdi - ZURABİŞVİLİ XALQI PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLAŞMAĞA ÇAĞIRDI
YENİLƏNİB

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar. 

 

Əraziyə çox sayda polis xüsusi təyinatlıları cəlb edilib, parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Aksiyaçılar hakim partiya və "xarici təsir" qanunu əleyhinə müxtəlif şüarlar səsləndirirlər. Parlament binasının yaxınlığındakı Azadlıq meydanına su şırnağı olan maşınlar, çox sayda avtobuslarla zirehli polis dəstələri gətirilib. 


Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qarşısına toplaşan "Xarici agentlər haqqında" qanunun əleyhdarlarına videobağlantı vasitəsilə müraciət edərək onları dəstəkləyib.

 

S.Zurabişvili xalqı parlament seçkilərinə hazırlaşmağa çağırıb.

 

"Bu axşam sizinləyəm! Bu, bizim gələcəyimizdir. 26 oktyabra hazırlaşmaq üçün hər şeyi etməlisiniz, o bizim bugün baş verənlərə cavabımız olacaq", - Prezident vurğulayıb.

 

Dövlət başçısı etirazçıları imza toplamağa və parlament seçkilərinin nəticələrini müdafiə etməyə çağırıb.

 

Onun sözlərinə görə, qarşıdan gələn seçkilər bir növ xalqın Avropaya, yoxsa Rusiyaya yaxınlaşmağa qərar verməli olduğu referendum olacaq.


**19:00


Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.


Senzor.az bildirir ki, Prezidentin əsaslandırılmış iradlarına bir nəfər də olsun səs verməyib, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin orijinal variantına isə 84 deputat səs verib.


Bununla belə, parlamentin iclası gərgin keçib, hətta insident də qeydə alınıb. "Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üstünə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.


Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb.


Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.


Xatırladaq ki, Qanun qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin illik gəlirlərinin 20%-i xaricdən maliyyələşdiyi halda, xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatların reyestrində qeydiyyata alınmasını tələb edir. Onlar ildə bir dəfə bəyannamə doldurmalıdırlar.

 

Qeydiyyatdan imtina və ya bəyannamənin müəyyən edilmiş müddətdə doldurulmaması 25 min lari məbləğində cərimə ilə nəticələnəcək.

 

Qanun layihəsinə görə, Gürcüstan Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi istənilən vaxt xarici dövlətin maraqlarını güdən təşkilatları müəyyən etmək və ya tələblərə əməl olunmasını yoxlamaq üçün monitorinq aparmaq (məsələnin lazımi şəkildə araşdırılması və öyrənilməsi) hüququ əldə edir. 


Monitorinqi həyata keçirmək üçün Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi, həmçinin dövlət sirri istisna olmaqla, şəxsi məlumatları və sirri ehtiva edən məlumatları tapmaq hüququ əldə edir.

 

Qanun parlamentin sədri tərəfindən imzalandıqdan və Gürcüstanın qanunvericilik bülleteni saytında dərc edildikdən sonra qüvvəyə minəcək.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.