Ermənistan hökuməti Qalstanyana və digər din xadimlərinə xəbərdarlıq etdi:
"KİLSƏNİ SİYASİ PLATFORMAYA ÇEVİRƏNLƏR...”

Ermənistan Baş nazirinin Aparatı İrəvandakı aksiyalar zamanı qanun pozuntularına yol verən keşiş Baqrat Qalstanyan və digər kilsə xadimlərinə xəbərdarlıq edib.

 

Aparat rəhbərinin müavini Taron Çaxoyan yaydığı məlumatda bildirib ki, dövlət əleyhinə siyasətlə məşğul olan din xadimləri bunun siyasi bədəlini ödəməyə hazır olmalıdırlar.

 

"Kilsəni siyasi platformaya çevirənlər və dini xidməti siyasətlə əvəz edənlər heç kimdən üstün deyillər və dövlət əleyhinə apardıqları siyasətin bütün bədəllərini ödəyəcəklər”, - ölkə rəsmisi vurğulayıb.

 

Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışıdılar.

 

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

 

Qeyd edək ki, artıq keşiş öz dini fəaliyyətini dondurmaq və siyasətə qatılmaq üçün ermənilərin katalikosu II Qaregindən icazə alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.