UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Senzor.az bildirir ki, finalda Almaniyanın “Borussiya Dortmund” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəliblər.
İngiltərənin paytaxtı London şəhərində yerləşən “Uembli” stadionunda oynanılan görüş "Kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın qollarını 74-cü dəqiqədə Daniel Karvaxal, 83-cü dəqiqədə isə Vinisius Junior vurublar.
Beləliklə, "Real Madrid" 15-ci dəfə UEFA Çempionlar Liqası kubokunun sahibi olub.
Xatırladaq ki, "Real Madrid" son UEFA Çempionlar Liqası Kubokunu 2021/22 mövsümündə qazanmışdı.