Fransada fermerlər növbəti etiraz aksiyası elan ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar saat 07.00-da (Bakı vaxtı ilə 09.00) ölkəni İspaniya ilə birləşdirən A9 magistralını bağlayıblar.
Etiraz aksiyası ispaniyalı fermerlərlə koordinasiyalı şəkildə həyata keçirilir.
Hər 2 ölkənin fermerləri diqqəti kənd təsərrüfatındakı problemlərin tək bir ölkəyə deyil, bütünlükdə Avropa İttifaqına aid olduğuna cəlb etmək istəyirlər.