İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni ötən axşam "Hizbullah" lideri Həsən Nəsrullahla görüşüb.
APA xəbər verir ki, görüş Əli Baqirinin Livana səfəri çərçivəsində baş tutub.
Görüş zamanı bölgədəki hadisələr və Qəzza zolağındakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, Əli Baqiri yeni vəzifəsində ilk səfərini Livana edib.
O, Beyrutda Müqavimət qruplarının liderləri ilə görüşüb, İranın Fələstin və bölgədəki müqaviməti dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Livandan sonra o regional səfəri çərçivəsində Suriyaya gedib.