İtaliya Baş nazirinin müavini Matteo Salvini Fransa Prezidenti Emmanuel Makronu Avropanı Rusiya ilə müharibəyə sürükləməkdə ittiham edib.
“Le Figaro”nun məlumatına görə, Salvini bildirib ki, ölkəsi heç bir şəkildə hərbçilərini Ukraynaya göndərmək niyyətində deyil.
O, Fransa liderini Ukrayna hökumətinə qarşı loyal siyasət aparmaqda günahlandırıb.
Salvini eyni zamanda, “X” social şəbəkəsindəki hesabında Makronun xüsusi proqram vasitəsilə hazırlanmış fotoşəklini paylaşıb.
Qeyd edək ki, 51 yaşlı Matteo Salvini Rusiyanın və Prezident Vladimir Putinin qatı tərəfdarı kimi tanınır.(APA)