Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov London şəhərinin lord meri Maykl Maynelli ilə COP29-a hazırlığı müzakirə edib.
Bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Azərbaycanın COP29-a hazırlıq işləri ilə bağlı dəyərli ideyalarına görə ona minnətdaram. Dünyamızı daha yaşıl yerə çevirməyə kömək etmək üçün “London City”dən olan həmkarlarımla işləməyi səbirsizliklə gözləyirəm” - o qeyd edib.