Avropa İttifaqının (Aİ) Azərbaycanda dənizdə külək enerjisinin istehsalı və ötürülməsi üçün avadanlıqların təminatı məsələsi müzakirə edilib
Senzor.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bakı Enerji Forumu zamanı "WindEurope" Assosiasiyasının baş icraçı direktoru Gils Dikson ilə səmərəli görüşümüz oldu. Avropa İttifaqının elektrik enerjisinə tələbatının artması və "Yaşıl Enerji Dəhlizi"nə dəstəyi kontekstində dənizdə külək enerjisinin istehsalı və ötürülməsi üçün avadanlıqların təminatı, zəruri infrastrukturun qurulması üzrə "Vestas" şirkətinin əməkdaşlıq maraqlarını nəzərdən keçirdik", - nazir qedye dib.