"Vətən naminə" hərəkatın lideri Baqrat Qalstanyan tərəfdarları ilə sərhəddəki Sotk kəndində mitinq keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Qalstanyan aksiyada iyunun 9-da İrəvanda "böyük mitinq" keçiriləcəyinin anonsunu verib.
Qalstanyan əmin edib ki, iyunun 9-da keçiriləcək mitinq “əsas” olacaq və onun izdihamlı olması vacibdir. Mitinq saat 18:30-da Respublika meydanında baş tutacaq.
“Bunun nə üçün vacib olduğunu yerində deyəcəyəm. Bu, bizim növbəti, inşallah, qələbə çalacağımız aksiyaya hazırlıq olacaq. Biz həyatımızı yaxşılaşdırmağa başlamaq üçün meydana toplaşacağıq”, - deyə Qalstanyan vurğulayıb.
Onun sözlərinə görə, “hərəkat” bir neçə mərhələdə inkişaf edir: birincisi, hərəkat tərəfdarlarının Kirantsdan İrəvana yürüşü idi. İkincisi mayın 9-dan mayın 26-dək davam etdi və həmin mərhələdə hərəkat peşəkar icmalarla çoxlu görüşlər keçirdi.
Qalstanyanın sözlərinə görə, Ermənistanı qarşıda “çətin dövrlər” gözləyir və buna görə də “xalq ayağa qalxıb Vətəni qorumaq üçün mübarizə aparmalıdır”.
Senzor.az