Azərbaycanın energetika naziri Pərviz Şahbazov Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.
Bu barədə nazirin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“Biz GECF-nin baş katibi Mohamed Hamel ilə qlobal qaz sənayesindəki tendensiyalar və Forumla əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Baş katib BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməkdə Azərbaycana dəstəyini ifadə edib və GECF pavilyonunu təşkil etmək niyyətindən danışıb”, - paylaşımda qeydilib.