COP29-un prezidenti Muxtar Babayev Türkiyə və Rusiyanın danışıqlar qrupları ilə çoxtərəfli görüş keçirib.
Senzor.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
“COP29-un sədrliyi iyunda keçirilən iqlim görüşləri çərçivəsində Bakıda keçiriləcək COP29-dan əvvəl birgə iqlim fəaliyyət strategiyalarını müzakirə etmək üçün Rusiya və Türkiyədən olan danışıqlar qruplarının sədrləri ilə dəyirmi masa keçirib”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.