Ərdoğan Putinlə Dağıstandakı terror aktlarını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, dövlət başçıları iyunun 23-də Rusiyanın Dağıstan Respublikasında törədilən terror aktlarını müzakirə ediblər.

 

Bildirilib ki, R.T.Ərdoğan görüş zamanı Türkiyənin hər cür terrora qarşı olduğunu və hücumları nifrətlə qınadığını ifadə edərək həyatını itirənlərə görə Rusiya xalqına başsağlığı verib, yaralılara tezliklə şəfa diləyib.

 

Ərdoğan Türkiyənin bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.


Vladimir Putin başsağlığı və ifadə edilən dəstəyə görə təşəkkür edib. Liderlər terrorla mübarizə sahəsində fəaliyyətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.