Türkiyə polisi İspaniyada xüsusi əməliyyat keçirib, nəticədə beynəlxalq narkokartel zərərsizləşdirilib və cinayətkar şəbəkənin lideri tutulub.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, İspaniyada Narkotiklərlə Mübarizə İdarəsinin iştirakı ilə “ARGAY” şərti ad altında əməliyyat keçirilib: “Beynəlxalq narkotik karteli məhv edilib. Şəbəkənin rəhbəri, Emre Karaca kimi tanınan, Türkiyənin beynəlxalq axtarışa verdiyi Kərim Dağlıoğlu tutulub”.