İran beynəlxalq qanunlara sadiqdir, ancaq təzyiq altında əyilməyəcək.
İRNA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında fəaliyyətinin sülhməramlı olduğunu dəfələrlə sübut edib.
Prezident qeyd edib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin fətvası əsasında atom silahının istehsalına qadağa qoyulub.
Söhbət zamanı Nikol Paşinyan Məsud Pezeşkianı Ermənistana rəsmi səfərə dəvət edib.