Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, görüş zamanı Gürcüstan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı xüsusi vurğulanıb.

 

Bildirilib ki, son illər iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişaf etməsi sevindirici haldır.

 

Tərəflər regional əhəmiyyətə malik birgə infrastruktur və enerji layihələrinin Orta Dəhlizin inkişafında oynadığı rolu müzakirə ediblər.

 

Görüşdə, həmçinin, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və iki ölkə arasında ticarət dövriyyəsində artımın müşahidə olunması müsbət qiymətləndirilib.

 

Söhbət zamanı Cənubi Qafqaz regionunda mövcud vəziyyətə də toxunulub.

 

Baş nazir İrakli Kobaxidze bir daha Gürcüstanın dialoq və əməkdaşlıq yolu ilə regionda sülh və sabitliyin bərqərar olunmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

 

Görüş çərçivəsində Azərbaycan və Gürcüstan arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.