İrəvanda həbsdə olan rusiyalı milyarder
MƏHKƏMƏDƏ ERMƏNİSTAN HÖKUMƏTİNƏ QALİB GƏLDİ

Beynəlxalq Arbitraj Məhkəməsi erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan və ailəsinin “Ermənistanın Elektrik Şəbəkələri (EEŞ)” şirkətinin milliləşdirilməsi cəhdi ilə bağlı Ermənistan hökumətinə qarşı iddiasını təmin edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, işə 1995-ci ildə Ermənistanla Kipr arasında bağlanmış sərmayələrin qorunması müqaviləsi əsasında Stokholm Ticarət Palatasının (SCC) Arbitraj İnstitutu tərəfindən baxılıb.

 

“Məhkəmə iddiaçının tərəfini tutub və İrəvanı Ermənistan parlamentinin bu yaxınlarda qəbul etdiyi düzəlişləri yerinə yetirmək, eləcə də “EEŞ”in zorla müsadirəsinə yönəlmiş növbəti hərəkətlərdən çəkinmək məcburiyyətinin ehtiva olunduğu təcili qərar çıxarıb”, - xəbərdə deyilir.

 

Arbitraj qərarında qeyd olunub ki, yeni qanunvericilik tədbirləri onların Ermənistanın Kipr qarşısında beynəlxalq öhdəliklərinə uyğunluğuna dair ciddi şübhələr yaradır. Məhkəmə həmçinin təcili müvəqqəti tədbirlər görülməsə, Karapetyan ailəsinin aktiv üzərində nəzarəti itirmək riski ilə üzləşdiyini və dəymiş itkilərə görə tam kompensasiya ala bilməyəcəklərini vurğulayıb.

 

Məhkəmənin qərarı məcburidir və Ermənistan hökuməti tərəfindən icra edilməlidir.

 

Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də Ermənistanda saxlanılıb. Onun vəkili Armen Feroyanın sözlərinə görə, iş adamı respublikada hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunub. Elə həmin gün İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib. Samvel Karapetyan itithamlarla razılaşmır.

 

İyulun 3-də isə Ermənistan parlamenti hökumətə Karapetyanın “Ermənistanın elektrik şəbəkələri (EEŞ)” şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib. Məhz bu qərarla bağlı Samvel Karapetyan Beynəlxalq Arbitraj Məhkəməsində Ermənistan hökumətinə qarşı iddia qaldırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.