Ərdoğan Ankarada Ukrayna nümayəndə heyəti ilə görüşüb - VİDEO/FOTO

İstanbuldakı görüşdən əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerovun başçılıq etdiyi nümayəndə heyəti Ankaraya gələrək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mühüm görüş keçirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak özünün "Telegram" kanalında paylaşım edib.

 

"Biz Rusiya ilə müharibə boyu Ukraynaya ardıcıl siyasi dəstəyə görə Türkiyəyə və Prezident Ərdoğana təşəkkür etdik.

 

Biz, həmçinin Türkiyəyə danışıqlar platforması təqdim etmək və Ukrayna üçün ədalətli və davamlı sülhün əldə olunmasına yönəlmiş diplomatik səyləri asanlaşdırmaq istəyinə görə minnətdarıq.

 

Biz təhlükəsizlik vəziyyətini, regional sabitliyə çağırışları, dövlətlərimiz arasında müdafiə sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdik.

 

Bu gün, həmçinin Türkiyə Prezidentinin milli təhlükəsizlik və xarici siyasət üzrə baş müşaviri Akif Çağatay Kılıc və Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdük.

 

Konstruktiv söhbət. Görüş üçün təşəkkür edirik", - deyə Ukrayna Prezidenti Aparatının rəhbəri qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.