İstanbulda İran və “Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa və Almaniya) nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Senzor.az bildirir ki, bu barədə İran XİN rəhbərinin müavini Kazım Qəribabadi özünün “X” hesabında məlumat verib.
O, İran tərəfinin öz prinsiplərini qarşı tərəfə çatdırdığını və Qərbin mövqeyini tənqid etdiyini bildirib.
Tərəflər dialoqun gələcəkdə də davam etdirilməsi barədə razılaşıblar.