Rusiya Hava Hücumundan Müdafiə Sistemləri son 24 saat ərzində təxminən 300 Ukrayna PUA-sını məhv edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin 291 pilotsuz uçuş aparatı və üç "Vampir" raketi sıradan çıxarılıb.
Qeyd edilib ki, xüsusi hərbi əməliyyat başlayandan bəri hava hücumundan müdafiə sistemləri Ukraynanın ümumilikdə 72 950 pilotsuz uçuş aparatını məhv edib.