Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir - VİDEO/FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

 

DİN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.

 

Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur. 

 

Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.

 

Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.





 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.