İbrahim Tatlısəsin müğənni qızı polisə tabe olmadı - HAVAYA ATƏŞ AÇILDI
VİDEO

İbrahim Tatlısəsin qızı, müğənni Dilan Çıtak Muğlanın Bodrum rayonunda polisin "Dayan" xəbərdarlığına tabe olmayaraq avtomobilini polis əməkdaşının üzərinə sürüb.

 

"Haber Global" bildirir ki, yolun təcili yardım üçün ayrılmış zolağında hərəkət edən avtomobil polisin dayanmaq əmrinə məhəl qoymayıb. İddiaya görə, polis havaya xəbərdarlıq atəşi açaraq maşını saxlayıb.

 

Şəxsiyyət vəsiqəsi yoxlaması zamanı şübhəlinin müğənni Dilan Çıtak olduğu müəyyənləşib.

 

Çıtak "yol hərəkətinə təhlükə yaratmaq", "dayanma xəbərdarlığına əməl etməmək" və "dövlət məmuruna müqavimət göstərmək" ittihamları ilə saxlanılaraq polis bölməsinə aparılıb.

 

Hadisə ilə bağlı araşdırmalar davam edir.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.