Türkiyənin axtarışa verdiyi şəxs
AZƏRBAYCANDA HƏBS EDİLDİ

Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Kazan Anıl ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

 

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.