İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb.
Senzor.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətin (DSX) Mətbuat mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, iyul ayının 28-də DSX-nın Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.