Azərbaycanın Rusiyadakı səfiri Rasim Balayevin müraciətinə
CAVAB VERMƏYİB

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məşhur aktyor Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub.

 

Bu barədə "Qaynarinfo"ya açıqlamasında İttifaqın katibi Əli İsa Cabbarov məlumat verib.

 

Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində İttifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab verilməyib.

 

Xatırladaq ki, bir müddət öncə "Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol almış mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanıb. Həmin videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında problemi diqqətdə saxlayacaqlarını bildiriblər.

 

Onlar eyni zamanda Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.