UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” və “Şelburn” (İrlandiya) komandaları arasında keçirilən cavab görüşü başa çatıb.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolu rəqibin heyətində öz qapısına Con Martin göndərib.
68-ci dəqiqədə Kadi Borges penaltini qola çevirə bilməyib.
İlk oyunda rəqibi üzərində 3:0 hesablı qalibiyyət əldə edən Qurban Qurbanovun kollektivi III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bu cütün qalibi III raundda FCSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.
**09:56
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”la cavab matçına çıxacaq.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü italiyalı referi Andre Kolombo idarə edəcək.
Qarşılaşma saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Ağdam klubu ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
Onu da qeyd edək ki, "Qarabağ" - "Şelburn" cütünün qalibi növbəti mərhələdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.