Ermənistandakı “Müqəddəs Mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın tərəfdarı olan üç nəfər - Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda təqsirləndirilir.
Xatırladaq ki, B. Qalstanyanın barəsində iyunun 26-da həbs-qətimkan tədbiri seçilib.
O, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət çevrilişinə cəhddə günahlandırılır.