Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.
Senzor.az bildirir ki, bu barədə öz "Telegram" kanalında Kiyev meri Vitali Kliçko məlumat verib.
Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya Kiyevə dronlarla, səhər isə raketlərlə zərbələr endirib.
Rusiyanın hücumu nəticəsində biri uşaq olmaqla 11 nəfər həlak olub, 135 nəfər isə yaralanıb.