HƏMAS silahı yerə qoymaqdan
İMTİNA ETDİ

Fələstinin HƏMAS hərəkatı İsrailin işğalı davam etdiyi və Fələstin xalqının hüquqlarının tam bərpa olunmadığı müddətcə tərksilaha razılaşmayacağını  təsdiqləyən bəyanat yayıb.

 

TASS-ın məlumatına görə, bəyanatın mətnində vurğulanıb ki, HƏMAS-ın müqavimət haqqı beynəlxalq konvensiyalar və normalar tərəfindən tanınır və fələstinlilərin milli hüquqları, ilk növbədə paytaxtı Şərqi Qüdsdə olan tam suveren, müstəqil Fələstin dövləti qurmaq hüququ bərpa olunmayana qədər ondan imtina etmək olmaz.

 

Xatırladaq ki, iyulun 30-da Ərəb Dövlətləri Liqası (LAS) ölkələri ilk dəfə Fələstinin HƏMAS hərəkatının hərəkətlərini pisləyib və bu qrupu Qəzza zolağına nəzarətdən əl çəkməyə çağırıb. Avropa İttifaqı (Aİ) ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının (BMT) konfransında bəyannamə imzalanıb. Bu sənəddə HƏMAS-ın tərksilah edilməsi, hakimiyyətin Fələstin administrasiyasına verilməsi tələb olunur, həmçinin Qəzza zolağına beynəlxalq qüvvələrin yeridilməsi ehtimalı vurğulanır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.