“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Senzor.az bildirir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.
Son Azərbaycan çempionu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) məğlub olacağı təqdirdə, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.
**10:21
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Senzor.az bildirir ki, tədbir saat 14:00-da başlayacaq.
Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibləri məlum olacaq.
Belə ki, səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi III raundda Şimali Makedoniyanın “Şkendiya” klubunu məğlub edəcəyi təqdirdə, pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə oynayacaq:
“Bude-Qlimt” (Norveç)
“Seltik” (Şotlandiya)
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka) cütünün qalibi
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün qalibi
“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandıracağı halda isə Avropa Liqasının pley-off mərhələsində bu komandalardan birinə rəqib olacaq:
“Hamrun Spartans” (Malta) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
“Yanq Boyz” (İsveçrə)
“Ludoqorets” – “Ferensvaroş” cütünün məğlubu
“Malmö” – “Kopenhagen” cütünün məğlubu
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 19-20-də, cavab matçları isə 26-27-də keçiriləcək. Avropa Liqasında isə pley-off matçları avqustun 21-də və 28-də keçiriləcək.