Ukrayna Prezidenti Volodmir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığında Avropa liderlərinin də iştirak etdiyini bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, söhbət zamanı Moskvada ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşündə elan edilənləri müzakirə ediblər.
“Bizim tərəfdaşlarımızla ümumi mövqeyimiz tamamilə aydındır: müharibə başa çatmalıdır və bu, vicdanlı son olmalıdır”, - Ukrayna lideri bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna mütləq öz müstəqilliyini qoruyacaq: “Ölkəmiz uzunmüddətli və davamlı sülh istəyir. Rusiya başladığı müharibəyə son qoymalıdır. Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
**21:16
Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı olub.
Bu barədə "Reuters" məlumat yayıb.
Dövlət başçılarının hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.
Qeyd edək ki, bu, həftə ərzində ölkə liderlərinin ikinci telefon danışığıdır. Onlar avqustun 5-də də danışıblar.