Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar vilayətindəki Afip neft emalı zavodu və Slavyansk-Kuban şəhərindəki hərbi hissəyə zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, nəticədə hər iki obyektdə yanğınlar başlayıb.
Volqoqradda yerləşən “Surovikino” dəmiryolu stansiyası da PUA zərbələrinə məruz qalıb.