İranın 7 şəhərində – Məşhəd, Savə, İsfahan, Yəsuc, Yəzd, Kirman və Kərəcdə 1 gün ərzində 14 məhbus edam olunub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Onlar narkotik alveri və adamöldürmə cinayətlərində ittiham ediliblər.
Bununla da bu il İranda kimliyi müəyyənləşdirilən edam olunanların sayı 747-yə çatıb. Onlardan 19-u qadındır.