Ukrayna ordusu Saratovda neft emalı zavodunu vurdu: ÖLƏN VƏ XƏSARƏT ALANLAR VAR
VİDEO

Ukrayna ordusu avqustun 10-na keçən gecə PUA-larla Rusiyanın Saratov və Engels şəhərlərinə hücum edib.

 

Bu barədə Rusiyanın Telegram kanallarında məlumatlar yayılıb.

 

Məlumata görə, Saratovda neft emalı zavodunun yaxınlığında partlayışlar və yanğın olduğu bildirilir.

 

Yerli sakinlər ərazilərdən birində tüstü buludunun göründüyünü bildiriblər. Lakin hansı şəhər və rayonda olduğu dəqiqləşdirilməyib.

 

Yerli sakinlər bildiriblər ki, təxminən səkkiz partlayış səsi eşidilib.

 

Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, PUA-lardan biri yaşayış binasının həyətinə düşüb: "Sakinlər təxliyə edilib, yaxınlıqdakı məktəbdə müvəqqəti yaşayış məntəqəsi yaradılıb. Hücum nəticəsində xəsarət alanlar var. İlkin məlumata görə, bir nəfər ölüb".

 

Məlumata görə, tibbi xidmətlər zərərçəkmişlərə lazımi yardım göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.