FHN azad olunmuş ərazilərdə maarifləndirilmə işini davam etdirir
FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) səlahiyyətləri çərçivəsində ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə vətəndaşların yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi işini davam etdirir. 

 

Senzor.az bildirir ki, bu çərçivədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan, işləyən, həmçinin səfər edən vətəndaşlarla yanğın təhlükəsizliyinə dair profilaktik söhbətlər aparılıb.

 

Şuşa və Xankəndi şəhərlərində, Ağdam, Cəbrayıl və Laçın rayonlarında aparılmış maarifləndirmə işləri çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan, tikinti, yenidənqurma və bərpa işləri ilə məşğul olan, o cümlədən istirahət və işgüzar məqsədlərlə meşə, açıq ərazi və əkin sahələrinə gedən vətəndaşlara zəruri yanğın təhlükəsizliyi qaydaları ətraflı izah olunub.

 

FHN bir daha vətəndaşlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi riayət edilməsinin vacibliyini onların diqqətinə çatdırır.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.