Paşinyan Vaşinqtonda əldə edilmiş razılaşmaları bu dəfə
MAKRONLA MÜZAKİRƏ ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, N.Paşinyan Prezident Makronu avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampla görüşünün nəticələri barədə məlumatlandırıb: "Baş nazir Fransa Prezidentinə avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində regional kommunikasiyaların açılması, eləcə də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsi barədə məlumat verib".

 

Telefon danışığı zamanı N.Paşinyan vurğulayıb ki, bərqərar olmuş sülh təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün yeni investisiya imkanları açır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.