UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ” və “Şkendiya” (Şimali Makedoniya) komandaları arasında keçirilən cavab oyunu başa çatıb.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Kadi Borges, Nəriman Axundzadə, Marko Yankoviç və Leandro Andrade vurublar. Digər qolu isə rəqib öz qapısından keçirib.
“Şkendiya”nın heyətində yeganə qola Fabris Tamba imza atıb.
Bununla da “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Matçı niderlandlı FIFA referisi Denni Makkeli idarə edib.
Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, Qurban Qurbanovun kollektivi pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
**10:12

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Senzor.az bildirir ki, Azərbaycan çempionu Bakıda Şimali Makedoniyanın “Şkendiya” komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq. Oyunu niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Şimali Makedoniyada keçirilmiş ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Çempionlar Liqasında mübarizəni dayandıran tərəf isə Avropa Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.