Qırğızıstan və Özbəkistan sərhədindəki "Otukçu" keçid məntəqəsi müvəqqəti bağlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan KİV-i Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.
Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən "Apkan" sərhəd məntəqəsinə yönləndiriləcəklər.
Keçid məntəqəsi güclü su axınları nəticəsində "Otukçu" və "Tul" keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar bağlanıb.