Türkiyənin xarici işlər Hakan Fidan Ankarada Suriyanın bir qrup hökumət nümayəndəsi ilə görüş keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Ankarada Hakan Fidanın qəbuluna gələnlər arasında suriyalı həmkarı Əsəd Həsən Şeybani, müdafiə naziri Mürhəf Əbu Qəsrə və Baş Kəşfiyyat Xidmətinin direktoru Hüseyn Əs-Səlamə var.
Tərəflər qarşılıqlı və regional məsələlər ətrafında müzakirələr aparıblar.
Xatırladaq ki, Hakan Fidan avqustun 7-də Suriyaya səfərə yollanmış, bu ölkənin keçid hökumətinin Prezidenti Əhməd Əl-Şaraa ilə görüşmüşdü. Onlar Bəşər Əsəd rejiminin devrilməsindən etibarən artan Türkiyə-Suriya münasibətləri ətrafında fikir mübadiləsi aparmışdılar.