Nəcməddin Sadıkovla bağlı şok iddia
TÜRKİYƏDƏ DİNDİRİLİBMİŞ?

Məşhur “Middle East Eye” portalında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə yazı dərc olunub.

 

Portalın Türkiyə bürosunun rəhbəri Ragıp Soylunun müəllifi olduğu yazıda Rusiyanın Ermənistanla Azərbaycan arasında sözügedən razılaşmaya mane ola bilib-bilməyəcəyi sualı qaldırılıb.

 

Jurnalist, həmçinin məqalədə Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi dəstəkdən bəhs edib. 

 

O bildirib, İkinci Qarabağ müharibəsi dövründə Ankara Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə yanaşı, Azərbaycan Ordusunun sıralarında Rusiyapərəst elementləri aşkar edərək sıradan çıxarmaqda da iştirak edib.

 

Qeyd edilib ki, bu şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının o vaxtkı rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. 

 

Belə ki, məlumata əsasən, 2020-ci ildəki 44 günlük müharibə zamanı Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.

 

Məsələ ilə tanış olan mənbə portala bildirib ki, Türkiyə rəsmiləri müharibə dövründə onun kənarlaşdırılmasını təşkil edib, Türkiyəyə apararaq generalı dindirib. Yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib.

 

“Qafqazinfo” xatırladır ki, N.Sadıkov 2021-ci ildə Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Sonradan DTX-da onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət təqibi başlanılıb, dəfələrlə müxtəlif məhkəmə proseslərində adı hallanıb.   

 

General sonuncu dəfə uzun fasilədən sonra 2024-cü ilin payızında Binə Atçılıq Mərkəzində yarış izləyərkən görüntülənib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.